AZ

1 vəkilin fəaliyyəti dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib

Bakı.Trend:

Oktyabrın 22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası(VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Trend xəbərverir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri AnarBağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıdaduran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlıməsələyə də baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı vəşifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başavuran namizədlər, habelə əvvəllər hakim və ya vəkil işləmişvəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibəmərhələsində müvəffəqiyyət qazanmış şəxslərin andiçmə mərasimikeçirilib. Namizədlər vəkil etikası və peşə borcuna sadiqqalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbulolunublar. Onlara vəsiqə təqdim edilib və gələcək fəaliyyətindəuğurlar arzulanıb.

Bundan başqa, VK Rəyasət Heyətinin üzvü İlhamə Həsənovatərəfindən hazırlanmış “İstintaq hərəkəti protokolununrəsmiləşdirilməsi zamanı vəkilin peşə borcu və davranışı” adlımetodik tövsiyənin təsdiq edilməsi məsələsi müzakirə edilib.Müzakirədən sonra Rəyasət Heyəti metodik tövsiyəni təsdiqolunmasını qərara alıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarınakeçməsi, bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədarvəkillik fəaliyyətlərinin dayandırılması barədə müraciətlərimüzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Həmçinin iclasda Kollegiyanın sədr müavinləri tərəfindənregionlarda keçirilmiş monitorinqin nəticəsinə dair məruzələrdinlənilib, müvafiq qərarlar qəbul olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərimüzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləriintizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətədayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə irad bildirilibvə 1 vəkilə isə töhmət verilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari vəəhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbuledilib.

Seçilən
101
7
az.trend.az

10Mənbələr