AZ

"Qarabağ"ın U-19 komandası "Atletik"ə də böyük hesabla uduzdu

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında üçüncü sınağına çıxıb.

Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun çalışdırdığı kollektiv 3-cü turda İspaniya "Atletik"inin qonağı olub.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, Bakıda "Kopenhagen"ə 0:5 hesabı ilə yenilib. Təmsilçimiz UEFA Gənclər Liqasının turnir cədvəlində 35-ci yerdə mövqe tutub.

Kamil Xudiyev

Seçilən
67
fanat.az

1Mənbələr