BAKI, 22 oktyabr. TELEQRAF
“Mənim Addımım” Fondu heç vaxt Azərbaycan və ya digər xarici mənbələrdən maliyyə dəstəyi və ya ianə almayıb və heç bir əməliyyatda iştirak etməyib. Bu cür iddialar əsassızdır və reallığa uyğun gəlmir”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan fondunun Teleqram kanalında yerli KİV və sosial şəbəkələrdə yayılan iddialara cavab olaraq deyilib.
Açıqlamada qeyd olunub ki, hesabatlar ictimaiyyət üçün açıqdır və istəyən hər kəs həm illik ianələr, həm də maliyyə əməliyyatları haqda məlumatlara baxa bilər.
Qeyd edək ki, fondun rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyandır.