AZ

Peruda 30 günlük fövqəladə vəziyyət elan edilib

Ajans.az xəbər verir ki,bu barədə “Kommersant” nəşri məlumat yayıb. Fövqəladə vəziyyət rejimi 22 oktyabr tarixindən qüvvəyə minib və Peru Nazirlər Şurası tərəfindən təsdiqlənib. Qərara əsasən, ictimai asayişin qorunması üçün polis qüvvələri ilə yanaşı silahlı qüvvələrin də küçələrdə yerləşdirilməsi nəzərdə tutulur. Prezident Boluarte bildirib ki, bu addım “milyonlarla peruluya sülh, əmin-amanlıq və inamı bərpa etməyə kömək edəcək”. Fövqəladə vəziyyətin tətbiqi qərarı 17 oktyabrda, Konqres binası qarşısında keçirilən kütləvi etirazlardan sonra gündəmə gəlib. Həmin aksiyalar zamanı bir nümayişçi güllə yarası alaraq həyatını itirib, 34 sakin və 80 polis əməkdaşı isə yaralanıb. Hazırda hökumət fövqəladə tədbirlərlə ölkədə təhlükəsizlik və sabitliyi bərpa etməyə çalışır.

 

Seçilən
69
Ajans.az

1Mənbələr