AZ

“Həccə gedənlərin sayını azaldırlar” - QMİ-dən turizm şirkətlərinə ittiham

“Qiymət artımı onsuz da çox cüzidir, Həccə niyyətli olan vətəndaşımız getmək üçün müraciət edir. Ona görə də qiymət artımı sayın azalmağına təsir etmir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, vətəndaşlar Həcc və Ümrə ziyarətinin fərqi barədə tam məlumatlı deyillər. Bu isə Həccə gedənlərin sayının azalmasına səbəb olub: Sezar pizza

“Azalmağa səbəb, vətəndaşlarımızın kütləvi surətdə Ümrə ziyarətlərini getmələri və bu ziyarətlə kifayətlənməlidir. Çoxları Həcc və Ümrə ziyarətinin fərqi barədə tam məlumatlı deyillər. Həcc ziyarəti çox böyük və ağır ziyarətdir, Ümrə ziyarətindən fərqli olaraq, müsəlmana ömründə 1 dəfə vacib olur. Ümrə ziyarəti müsəlmana vacib deyil, nə zaman istəsə gedə bilər. Ümrə ziyarəti cəmi 5 əməldən ibarətdir, Həccin isə ümumilikdə 13 vacibi əməli var, hamısını dəqiqliklə yerinə yetirmək lazımdır”.

QİM rəsmisi bildirib ki, Ümrə ziyarətini turizm şirkətləri həyata keçirir və onların əsas niyyəti kommersiyadır:

“Həcc ziyarəti isə İslam dininin 5 sütunundan biridir, imkanı olan müsəlmana ömründə ən azı 1 dəfə vacib olur. İmkanı olub Həccə getməyənin boynunda bu ziyarət vacib olaraq qalır. Bunu İslam şəriəti bizə buyurur. Turizm şirkətlərinin bir çoxunun düzgün şəkildə dini maarifləndirməsi yoxdur, çoxlarının hədəfi kommersiya xarakterlidir. Ümrəyə gedib Həccə getməməyin təbliğ olunmasını da ehtimal edə bilərik. Məhz bu səbəblərdən Həccə gedənlərin sayının azalmasına aid fikir yürütmək olar”.

Qeyd edək ki, hazırda QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin başlanğıc qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib. Ziyarət vahid formada təşkil olunur və hava nəqliyyatı ilə ilə həyata keçirilir. Ötən il bu məbləğ 5 950 ABŞ dollar (10 115 manat) idi.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
113
yenisabah.az

1Mənbələr