AZ

“Roma” onu sıralarında saxlayacaq

Zəki Çelik gələn mövsüm də “Roma”da çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik mövsüm sonunda klubla müqaviləsinin müddəti başa çatacaq futbolçunu komandada saxlamağı lazım bilib.

İtaliya klubu Zəki ilə sözləşməni yeniləməyə qərar verib. Xəbərdə “Roma”nın 28 yaşlı müdafiəçisinin maaşını 1,7 milyon avrodan 2 milyona artıracağı da bildirilib.

Çelik komandaya 2022-ci ilin yayında “Lill”dən transfer olunub. Türkiyə yığmasının üzvü bu mövsüm 8 rəsmi oyunda çıxış edib və 1 məhsuldar ötürmə verib.

Seçilən
91
1
football-plus.az

2Mənbələr