Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Xaçikyanın bu açıqlamaları əslində zaman-zaman müxtəlif formalarda səslənib və o iddiayı deyir ki, əslində Amerika Birləşmiş Ştatları İsrail, Böyük Britaniya və Qafqazda hegemonluğunu artırır və burada Azərbaycan və Türkiyənin rolu istifadə olunur. Bu, əslində bir az şişirdilmiş məsələdir, amma nəzər alsaq ki, son illər Türkiyənin beynəlxalq səviyyədə artan rolu və Azərbaycanın son beş ildə ciddi şəkildə mövqelərinin güclənməsi, Güney Qafqazda əsas oyunçulardan birinə çevrilməsi, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları və İsrailin diqqətini cəlb edir. Böyük Britaniya və İsrail Azərbaycanın yaxın strateji tərəfdaşlarıdır və bizə çox ciddi əlaqələrimiz var. Amerika Birləşmiş Ştatları ilə Bayden administrasiyası dönəmində müəyyən sıxıntılar yaşansa da, hazırda bu problemlərin aradan qalxdığını söyləmək olar.
Şübhəsiz ki, hazırda dünyada böyük geopolitik dəyişikliklər gedir və bu dəyişikliklər fonunda qlobal güclər öz mövqelərini gücləndirmək üçün müttəfiqləri ilə münasibətləri sıxlaşdırırlar. Güney Qafqaz, o cümlədən Orta dəhliz, hazırda ən ciddi layihələrdən biridir və Azərbaycan, Türkiyə bu layihənin əsas aparıcı oyunçularıdır. Bu baxımdan, hazırkı beynəlxalq situasiyada dəhlizlərə nəzarət böyük güclərə üstünlük gətirən amillərdən biridir və ABŞ da həm Cənubi Qafqazda həm də Orta Asiyada öz maraqlarını təmin etmək üçün Türkiyə və Azərbaycanın münasibətlərini normallaşdırmaqla bu coğrafiyada möhkəmlənə bilər. Buna görə də türk amili özü ilə güclənməkdədir. Türkiyə və Azərbaycan ümumilikdə Türk Dövlətləri Təşkilatının rolu getdikcə artır və bu, beynəlxalq güclərin diqqətini cəlb edir. Onlar türk ölkələri ilə əməkdaşlıqla maraqlanırlar".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31