Norveç bu qış Ukraynanın qaz təminatına 150 milyon dollar dəyərində yardım edəcək.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Norveç tərəfindən elan olunan bu paket cari il ərzində artıq üçüncü enerji paketidir.
Zelenski Norveç tərəfindən Ukraynaya tədarük olunan havadan müdafiə sitemləri vı bu sistemlərin raketlərinə görə də minnətdarlığını ifadə edib.