AZ

Qadın həbsxanasının rəisi məhbusdan rüşvət alarkən YAXALANDI

Vladimir vilayətində qadın koloniyasının rəisi rüşvət üstündə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Vladimir vilayətindəki qadın cəzaçəkmə müəssisəsinin rəisi cinayət başında saxlanılıb.

Rusiyanın Milli Qvardiyası (Rosqvardiya) xəbər verib ki, o, məhkum qadından 150 min rubl (təxm. 3 122 man) məbləğində rüşvət alarkən tutulub.

Hazırda araşdırma aparılır və rəisə qarşı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
46
1
interpress.az

2Mənbələr