AZ

Müalicə kursunu bitirmək lazımdır, yoxsa...

“Əgər insan müalicəsini tam şəkildə bitirirsə vərəm xəstəliyindən sağalır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

Onun sözlərinə görə, xəstə olan şəxs düzgün diaqnoz və müayinə ilə təyin edilən müalicə ilə tam sağalmış sayılır:

"Dərmanları bir ay düzgün qəbul etdikdə insan özünü sağalmış hesab edir. Amma buna aldanmaq olmaz. Müalicə kursunu bitirmək lazımdır. Yoxsa xəstəlik aktivləşə bilər".

Mina Mikayılova

Seçilən
103
1
bakivaxti.az

2Mənbələr