AZ

Kreml: Rusiya-ABŞ prezidentlərinin Budapeşt sammitinin vaxtını hələ dəqiqləşdirmək lazımdır

Moskva, 22 oktyabr, AZƏRTAC

Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinin vaxtı hələ müəyyən edilməyib. Bu görüşə hazırlıqlar vaxt aparacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüş hərtərəfli hazırlıq tələb edir, ona görə də sammitin vaxtı ilə bağlı qərar hələ də gözlənilir. Sammitin təşkilində hər hansı çətinliklə əlaqədar sualı cavablandıran Kremlin sözçüsü vurğulayıb ki, bu məsələdə məlumat veriləcək heç bir yenilik yoxdur.

Bundan əvvəl, oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri telefon danışığında görüşə hazırlığa başlamaq barədə razılığa gəliblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
60
1
azertag.az

2Mənbələr