Bu gün Baş nazirinin birinci müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.
Yenisabah.az xəbər verir ki, Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilən 74-ci şəxsdir.
Bu orden son dəfə martın 29-da Xalq artisti Şəfiqə Məmmədovaya təqdim edilmişdi. pizza
Milli Məclisin 1992-ci ildə qəbul etdiyi qanunla təsdiqlənən və 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən təsis edilən "İstiqlal" ordeni 1992–2005-ci illərdə Azərbaycanın ən ali dövlət təltifi hesab olunub.
"İstiqlal" ordeni ilə təltif edilən 73 nəfərdən 64-ü Azərbaycan, 9 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. 2 nəfər — Xəlil Rza Ulutürk və Ziya Bünyadov ölümündən sonra ordenlə təltif ediliblər.
Bu odenlə təltif edilən ilk şəxslər tanınmış ədəbiyyat nümayəndələri Xəlil Rza Ulutürk, Məmməd Araz və Bəxtiyar Vahabzadə olub.
Dİgər şəxslər arasında Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, türk professor İhsan Doğramacı, SSRİ Xalq artisti Mstislav Rostropoviç, Rumıniyanın sabiq Prezidenti İon İliyesko, Səudiyyə Ərəbistanının mərhum Kralı Fəhd bin Əbdüləziz Ali-Səud, mərhum vəliəhdi Abdullah bin Əbdüləziz Ali-Səud, Rusiya dövlət xadimi Nikolay Baybakovdur.
Orden milli-azadlıq hərakatında müstəsna xidmətlərə, dövlət və xalq qarşısında xüsusilə görkəmli xidmətlərə, milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə verilir.
Xatırladaq ki, "İstiqlal" ordeni ilə təltif edilənlərdən 34 nəfərini Heydər Əliyev, 40 nəfəri isə İlham Əliyev təltif edib.
Nazim Hacıyev
Telegram kanalımız