Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 6,1 %-i və yaxud 1 milyard 516,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Xezerxeber.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.
9 ayda daxili dövlət borcu üzrə 449,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 66,9 milyon manat olmaqla (əsas borc üzrə 740,8 milyon manat, faiz borcu üzrə 326,1 milyon manat) ödənilib.
Xatırladaq ki, bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 399,6 milyon manat vəsait nəzərdə tutulub.