AZ

“Azərbaycanfilm”in yeni direktor əvəzi MƏLUM OLDU

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edəcək şəxsin adı məlum olub.

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən bu vəzifə Qurban Primova həvalə edilib.

Qeyd edək ki, Qurban Primov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib.

O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.

Seçilən
68
news365.az

1Mənbələr