Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365.1 milyon manat təşkil edib. Bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) 19.5%-nə bərabər olub. "Bakuinfo" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət borcunun 17 milyard 46,8 milyon manatı daxili, 4 milyard 893.1 milyon dollar isə xarici borcun payına düşür. Hesabat dövründə dövlət borcunda xidmət xərcləri 1 milyard 516.8 milyon manat təşkil edib. Onun 1 milyard 66.9 milyon manatı xarici dövlət borcu üzrə, 449.9 milyon manatı isə daxili borcun faiz ödənişləri üzrə yönəldilib. Eyni zamanda, dövlətin əsas borc üzrə ödənişləri 740.8 milyon manat olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta