Pentaqon katibi Pete Hegseth işçilərinə Konqres nümayəndələri ilə ünsiyyət qurmazdan əvvəl icazə almağı əmr edib.
Busaat.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat verib.
15 oktyabr tarixli sənəddə deyilir:
“Müdafiə Departamentinin əməkdaşlarının Konqreslə icazəsiz əlaqə saxlaması, nə qədər yaxşı niyyətli olsa da, Departamentin qanunvericilik məqsədlərinə çatmaq üçün zəruri olan prioritetlərini poza bilər”.
Yeni qaydalara görə, Konqres üzvlərindən gələn bütün sorğular Müdafiə Nazirinin Qanunvericilik Məsələləri üzrə Köməkçisinin Ofisinə yönəldilməlidir. 90 gün ərzində qanunvericilərlə qarşılıqlı əlaqələrin hərtərəfli təhlili aparılacaq və bu proseslərin təkmilləşdirilməsi təklifləri ilə bağlı hesabat təqdim olunacaq.
Bu tədbirlər bu il görünməmiş məlumat sızması və kadr dəyişiklikləri fonunda Pentaqonun fəaliyyətinə nəzarəti daha da məhdudlaşdıra bilər.
Yeni qaydalar dövlət sirrinin açıqlanmasının qarşısının alınması, o cümlədən işçilər üçün məcburi poliqrafiya testlərinin tətbiqi və bir sıra KİV-lərin akkreditasiyasının ləğvi ilə bağlı tədbirlər silsiləsinin tərkib hissəsidir.
Yeganə