AZ

Rusiyada pulsuz səhiyyə iflasın ASTANASINDA – Auditin nəticələri AÇIQLANDI

Rusiyada pulsuz səhiyyə sistemi ciddi problemlərlə üzləşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Hesablama Palatasının yoxlaması genişmiqyaslı pozuntuları üzə çıxarıb. Bir çox filialların çatışmadığı, bəzi ekspertlərin gündə 85 minə qədər tibbi ekspertiza apardığı məlum olub.

Məlumata görə, auditorlar həmçinin saxta yoxlamalar və büdcə vəsaitlərinin məqsədsiz xərclənməsini aşkarlayıblar.

Maraqlıdır ki, rəsmi qurumlar problemi işçilərdə yox, “pulsuz” tibbi xidmətlərdən istifadə edən vətəndaşlarda görürlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr