BAKI, 22 oktyabr. TELEQRAF
Ağdamda Xalq rəssamı Tokay Məmmədov tərəfindən hazırlanan Fərhadın heykəli yenidən bərpa olunur.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlik məlumat yayıb.
“Azərbaycan mədəniyyətinin əzəmətli simvollarından biri olan Fərhad, bu dəfə də Ağdamın ürəyində həyata qayıdır. Bu gün Ağdam şəhərinin mərkəzi parkında yüksələcək Fərhad heykəlinin inşaatı prosesinə baxış keçirilib” - məlumatda qeyd olunur.