Ağdam. Trend:
Ağdamda aparılan tikinti işləri təəcübləndirir. Bundan əvvəl buyer az qala səhraya bənzəyirdi.
Trend xəbər verirki, bunu Almaniyadan olan səyyah Oliver Kempkens Ağdam şəhərinəsəfəri zamanı jurnalistlərə verdiyi açıqlamada deyib.
“Bu mənim Azərbaycana ikinci səfərimdir. İlk dəfə mən burada2017-ci ildə olmuşam. Həmin vaxt Bakıda keçirilən konfransdaMoskvanı təmsil edən professor kimi çıxış edirdim. Elə o vaxt dagördüklərimdən çox təsirlənmişdim”, -deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanla başqa post-sovet ölkələrimüqayisə etdikdə, Azərbaycanda tam fərqli abu-hava hiss olunur:Avropa ruhlu müasir ölkədir, əhalisi savadlıdır, həyat ritmi isəyüksəkdir.
“Əminəm ki, Ağdam yaxın gələcəkdə bütün çətinlikləri arxadaqoyaraq inkişaf edən rayona çevriləcək. Azərbaycan xalqını və ölkərəhbərliyini təbrik edirəm – bu, fantastik bir işdir”,- deyəKempkens bildirib.
Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “ExtremeTraveler International Congress” (ETIC – Beynəlxalq EkstremalSəyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlikedir.
Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrəiki günlük avtomobil səyahəti planlaşdırır.
Azad olunmuş ərazilərin black tourism (“qara turizm”)çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpaişlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalqsəyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurbölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci beləsəfərdir.