AZ

Rusiyadan səfərbərliklə bağlı açıqlama

BAKI, 22 oktyabr. TELEQRAF

Rusiya Müdafiə Nazirliyi tərəfindən kritik infrastrukturun mühafizəsi üçün ehtiyatda olan hərbçilərdən istifadəyə dair hazırladığı qanun layihəsi kontekstində səfərbərlikdən söhbət getmir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Səfərbərlik İdarəsinin rəis müavini vitse-admiral Vladimir Simlyanski deyib.

“Hər hansı səfərbərlikdən söhbət gedə bilməz. Müvafiq qanun layihəsi yalnız könüllü müqavilə bağlayan vətəndaşlara şamil edilir”, - o bildirib.

Vitse-admiral qeyd edib ki, Rusiya ərazisinin dərinliklərində obyektlərin mühafizəsi əməliyyatlarına ehtiyatda olan hərbçilər və “ən vətənpərvər vətəndaşlar”ın cəlb edilməsi planlaşdırılır.

“Ehtiyatda olan hərbçilərin mühüm infrastrukturun mühafizəsinə cəlb edilməsi haqqında qanun layihəsi bütün Rusiya vətəndaşlarına aid edilmir və onların hərbi xidmətə çağırılması və ya xüsusi hərbi əməliyyatlar zonalarına göndərilməsini nəzərdə tutmur”, - Simlyanski vurğulayıb.

Baş Qərargahın nümayəndəsi əlavə edib ki, ehtiyatda olan hərbçilər Rusiya prezidentinin fərmanı əsasında xüsusi təlimlərə göndəriləcək.

Seçilən
59
teleqraf.com

1Mənbələr