AZ

Azərbaycanın icmal büdcəsində 7 milyard manata yaxın profisit yaranıb

ain.az, Baku.ws saytına istinadən bildirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 35 milyard 865,7 milyon manat, xərcləri isə 29 milyard 027,6 milyon manat təşkil edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4 % az və 2 % çoxdur.

Son nəticədə icmal büdcədə 6 milyard 838,1 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 21,1 % azdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
1
baku.ws

2Mənbələr