AZ

Coca Cola ABŞ də məhsul istehsalında problemlərlə üzləşdi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Coca-Cola" şirkəti ABŞ-də qamış şəkəri defisiti ilə üzləşib ki, bu da ölkə ərazisində içkilərdə qarğıdalı şərbətinin daha təbii inqrediyentlə əvəz olunmasını çətinləşdirir.

Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin prezidenti və maliyyə direktoru Con Mörfi "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"ABŞ-də yalnız müəyyən miqdarda qamış şəkəri mövcuddur", - deyə o bildirib.

Mörfinin sözlərinə görə, bu, "Coca-Cola"nın tərkibində qamış şəkəri olan içkilərinin istehsalı imkanlarını məhdudlaşdırır, bu səbəbdən içkinin amerikan variantının resepti zamanla dəyişəcək. Bundan əlavə, o, həmçinin şüşə butulkaların çatışmadığını da qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr