BAKI, 22 oktyabr. TELEQRAF
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskva və Vaşinqtonun Ukrayna məsələsi ilə bağlı “non paper” (“mövcud olmayan kağız”) formatında sənədlərlə mübadilə aparması barədə məlumatı təsdiqləməyib.
“Mən belə bir mübadilənin baş verdiyini təsdiqləyə bilmərəm,”- nazir müavini bu barədə KİV-də yayılan xəbərləri şərh edərkən jurnalistlərə bildirib.
Ryabkov qeyd edib ki, müxtəlif şayiələr və anonim mənbələrə istinadla yayılan məlumatlar əsasən Qərb mediasının nəzarətində olan informasiya məkanında ortaya çıxır: “Artıq insanlar başa düşə bilmir - harada həqiqət, harada uydurma var. Mən bu mövzuda “odun üstünə odun atmaq” istəyən adam kimi görünmək istəmirəm”.
“Reuters” agentliyi bundan əvvəl yazıb ki, Rusiya bir neçə gün əvvəl ABŞ-yə göndərdiyi özəl kommünikedə Ukrayna ilə sülh sazişinin ilkin şərtlərini təsdiq edib. ABŞ rəsmisi agentliyə bildirib ki, sənəd Rusiyanın Ukraynanın bütün Donbas bölgəsi üzərində nəzarəti ələ keçirmək tələbini təsdiqləyib.
“Bu mövqe ABŞ Prezidenti Donald Trampın münaqişənin hazırkı cəbhə xəttində dondurulmalı olduğu fikrini faktiki olaraq təkzib edir”, - mənbə qeyd edib.
Bir rəsmisi də söyləyib ki, Rusiya NATO qoşunlarının Ukraynada heç bir sülh sazişinin bir hissəsi kimi yerləşdirilməyəcəyi ilə bağlı əvvəlki mövqeyini də bir daha təsdiqləyib. Qeyri-rəsmi sənədlə bağlı xəbər Donald Tramp və Vladimir Putinin Budapeştdə gözlənilən görüşünün ləğvi fonunda yayılıb.