Bu gün "Qarabağ"ın U-19 komandaları UEFA Gənclər Liqasında meydana çıxacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin III turunda "Atletik"in qonağı olacaq.
İspaniyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək. Referi Qal Levi olacaq.
Hazırda turnir cədvəlində "Qarabağ" 0 xalla 35-ci, "Atletik" isə 6 xalla 6-dır.
Qeyd edək ki, "Qarabağ" U-19 ilk matçında "Benfika"ya (1:7), 2-ci oyununda isə "Kopenhagen"ə (0:5) uduzub.