AZ

Ordubadın yüksək dağlıq ərazilərinə 14 santimetr qar yağıb

Ordubad, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də səhər saatlarından etibarən Ordubad rayonunun ucqar kəndləri və dağ massivlərində hava şəraiti kəskin dəyişib, havanın temperaturu xeyli enib.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun 3500 metrədək yüksəklikdə yerləşən dağlıq ərazilərinə qar yağıb. Qarın hündürlüyü 14 santimetrdir.

Seçilən
82
1
azertag.az

6Mənbələr