GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüşün tarixi hələ müəyyən edilməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bundan əvvəl diqqətli hazırlıq lazımdır və bu, vaxt tələb edir”, – Kreml sözçüsü bildirib.
Qeyd edək ki, daha əvvəl Putinlə mümkün görüşü şərh edən Tramp onun keçirilməsi ilə bağlı hələ qərar verilmədiyini bildirmişdi.
Paralel olaraq, dünəndən etibarən liderlərin mümkün sammiti barədə fikirlər birmənalı deyil. Ağ Evdən müəmmalı açıqlamalar gəlir. Hətta görüşün ümumiyyətlə baş tutmayacağı vurğulanır.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.