AZ

"Putin və Tramp vaxt itirmək istəmir" - Kreml

"Nə Rusiya prezidenti Vladimir Putin, nə də onun amerikalı həmkarı Donald Tramp vaxt itirmək istəmir".

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə keçirdiyi növbəti brifinqdə deyib. 

O qeyd edib ki, hər iki dövlət başçısı səmərəli işləməyə öyrəşib. Lakin bu effektivliyə nail olmaq hazırlıq tələb edir.

Oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub və onlar Macarıstanın paytaxtında şəxsən görüşmək barədə razılığa gəliblər. Oktyabrın 21-də Peskov Budapeşt sammitinin tarixlərinin hələ müəyyən edilmədiyini açıqlayıb.

Seçilən
62
49
unikal.az

10Mənbələr