AZ

Tahir Mirkişili: Qeyri-neft sektorunun inkişafı üçün hərtərəfli tədbirlər görüldü

BAKI, 22 oktyabr. TELEQRAF

Əsrin müqaviləsi”nin imzalanması, Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi beynəlxalq layihələrin həyata keçirilməsi, Xəzərin statusunun müəyyən edilməsi Azərbaycanın həm iqtisadi, həm də siyasi mövqelərini möhkəmləndirdi. Heç zaman unutmaq olmaz ki, Azərbaycanın təbii resursları – xüsusilə neft və qaz ehtiyatları ölkənin iqtisadi müstəqilliyinin əsas dayaqlarındandır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusuna həsr edilən konfransında deputat Tahir Mirkişili deyib.

O qeyd edib ki, keçən dövr ərzində enerji gəlirləri hesabına ölkəmizin güclü dövlət büdcəsi formalaşdı, sosial layihələr reallaşdırırıldı, yoxsulluq və işsizlik dəfələrlə azaldıldı, çadır şəhərçikləriğv edildi, qəhrəman ordumuz gücləndivə digər mühüm uğurlar əldə edildi: “Məhz bu uğurların nəticəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz ölkəmizin 1 nömrəli problemini həll etdi - torpaqlarımız düşmən işğalından azad edildi, dövlət suverenliyimiz tam bərpa olundu”.

Deputat bildirib ki, ölkəmizdə enerji gəlirlərinin düzgün idarə edilməsi ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi prioritet elan edilib: “Qeyri-neft sektorunun inkişafı üçün hərtərəfli tədbirlər görülüb. Keçən həftə Milli Məclisə yeni təqdim olunan 2026-cı ilin dövlət büdcəsinin gəlirlərinin artıq 57,4 faizi, vergilərin isə 78,7 faizi qeyri-neft mənbələri hesabına formalaşacağı bu siyasətin uğurlarından xəbər verir”.

Tahir Mirkişili hesab edir ki, milli iqtisadi müstəqilliyin mühüm dayaqlarından biri də maliyyə sabitliyidir: “Dövlət Neft Fondunun yaradılması, strateji valyuta ehtiyatlarının artırılması, fiskal gəlirlərdə şəffaflığın gücləndirilməsi, xarici borcun azaldılması və manatın sabitliyi ölkənin iqtisadi təhlükəsizliyini təmin edən əsas mexanizmlərdir.

Eyni zamanda, sosial dəstəyin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və məşğulluq səviyyəsinin artırılması yönümündə atılan addımlar iqtisadi müstəqilliyin sosial dayağını daha da gücləndirib

Seçilən
73
teleqraf.com

1Mənbələr