AZ

Bella və Gigi Hadidin bacısı ailə həyatı qurdu — Toy Los-Ancelesdə keçirilib

Dünya şöhrətli supermodellər Gigi və Bella Hadidin bacısı Alana Hadid ailə həyatı qurub. O, uzun müddətdir münasibətdə olduğu prodüser Rossom Williams ilə evlənib.

Editor.az xəbər verir ki, cütlüyün toy mərasimi ailənin yaxın çevrəsində, model bacıların atası Mohamed Hadidin Los-Ancelesdəki dəbdəbəli malikanəsində baş tutub.

Toy zamanı 40 yaşlı gəlin ağ rəngli, klassik üslubda Vivienne Westwood imzalı don, uzun duvaq və incə boyunbağı taxıb. Gəlinin atasının müşayiəti ilə zala daxil olduğu bildirilir. Mərasimdə Gigi və Bella Hadid yaşıl tonlarda geyimləri ilə diqqət çəkiblər. Maraqla qarşılanan detallardan biri isə o olub ki, gəlin və supermodellər ayaqqabı geyinməyiblər — toy mərasimi tam təbii atmosferdə, açıq havada baş tutub.

Qeyd edək ki, bu ilin may ayında Gigi və Bella Hadid daha bir bacıları — Aidan adlı qızın varlığını açıqlayıblar. Onların sözlərinə görə, Aidan ataları Mohamed Hadidin 20 ildən çox əvvəl yaşadığı qısa münasibətdən dünyaya gəlib və hazırda Floridada yaşayır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
96
editor.az

1Mənbələr