BAKI, 22 oktyabr. TELEQRAF
Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda Maliyyə nazirinin müavini Azər Bayramov deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) üzvləri arasında investisiya imkanlarının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün ölkə bazarından çıxışın təmin edilməsi, regiondaxili ticarətin inkişaf etdirilməsi və iqtisadi fəaliyyətin dəstəklənməsi məqdəsilə Türk İnvestisiya Fondunun yaradılması nəzərdə tutulur:
“Eyni zamanda, TDT üzvləri ilə son illərdə ikitərəfli əsaslarda qarşılıqlı maraq doğuran istiqamətlərin, ixrac yönümlü məhsulların istehsal edilməsi ilə bağlı birgə layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan-Özbəkistan İnvestisiya Fondu, eləcə də Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığın dəstəklənməsi, tərəflərin iqtisadi maraqlarının modelləşdirilməsi və enkişafetdirilməsi məqsədilə Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb".
 
                        