AZ

Belarus Litva sərhədində iki keçid məntəqəsinin bağlandığını elan edib

Belarusun Dövlət Gömrük Komitəsi Litvadan gələn iki sərhəd-keçid məntəqəsinin bağlandığını açıqlayıb.

Doğru.az xəbər verir ki, məlumatda bildirilib: “Bu gecə Litva nəqliyyatın hərəkətini bağlayıb: səhər saat 03:00-dan Şalçininkay keçid məntəqəsi (Belarus tərəfdən, Benyakoni) və saat 05:00-dan Medininkay (Kamennıy Log) keçid məntəqəsi vasitəsilə”.

Qeyd olunur ki, Belarus gömrüyü sərhəddə vəziyyətə nəzarət edir. Xatırladaq ki, Latviya əvvəllər Rusiya və Belarusla sərhədi keçmək üçün rüsum tətbiq etmişdi.

DOĞRU.AZ

Seçilən
87
dogru.az

1Mənbələr