AZ

Oliver Kempkens: Ağdamda aparılan tikinti və yenidənqurma işləri sürətli və peşəkar şəkildə həyata keçirilir

Ağdam, 22 oktyabr, AZƏRTAC

Ağdamda tikinti və yenidənqurma işlərini görmək mənim üçün çox təsiredicidir. 2021-ci ildə burada olmuş dostlarımdan eşitdiklərimdən sonra dəyişikliklər çoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdama səfər edən beynəlxalq səyyah, almaniyalı Oliver Kempkens söyləyib.

“Bu, mənim Azərbaycana ikinci səfərimdir. İlk dəfə 2017-ci ildə Bakıda bir konfransda çıxış etmişəm. İndi isə Ağdamdayam. Burada aparılan tikinti və yenidənqurma işləri sürətli və peşəkar şəkildə həyata keçirilir. İnsanlarınız təhsilli və çox çalışqandırlar. Bu yerlərin yenidən canlandığını müşahidə etmək çox sevindiricidir", - deyə Oliver Kempkens vurğulayıb.

“Azərbaycan xalqını və rəhbərliyini bu fantastik işə görə təbrik edirəm. Şəhərin yenidən dirçəlişini görmək üçün yaxın illərdə burada olmağı səbirsizliklə gözləyirəm”, - deyə o əlavə edib.

 

Seçilən
64
azertag.az

1Mənbələr