AZ

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliklərii arasında protokol imzalanıb

Bakı. Trend:

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və onun rəhbərliketdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyadşəhərində keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı KrallığınınMüdafiə nazirlikləri arasında Birgə Hərbi Komitənin görüşündəiştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycannümayəndə heyətini Səudiyyə Ərəbistanı Krallığı SilahlıQüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailiqəbul edib. Daha sonra isə Səudiyyə Ərəbistanı Krallığının MüdafiəNazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş direktorugeneral-mayor Saad bin Məhəmməd Əl-Kəsiri ilə görüş keçirilib.

Görüşlərdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının müdafiəqurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişafperspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərətrafında geniş fikir mübadiləsi aparılıb.

Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və SəudiyyəƏrəbistanı Krallığının Müdafiə Nazirliyi arasında keçirilmiş BirgəHərbi Komitənin görüşünün Protokolu" imzalanıb.

Seçilən
23
23
az.trend.az

10Mənbələr