AZ

Luvr soyğununda oğurlanan zinyət əşyalarının dəyəri açıqlanıb

Luvr soyğununda oğurlanan zinyət əşyalarının dəyəri açıqlanıb

Luvr muzeyindən oğurlanan zinyət əşyalarının ümumi dəyərinin 88 milyon avro olduğu açıqlanıb. 

Bu barədə Paris prokuroru Lor Beku məlumat verib və qeyd edib ki, məlumat muzey kuratorlarından gəlib.

Beku RTL radiosuna verdiyi açıqlamada “Bu məbləğ fövqəladədir, lakin əsl itki Fransanın tarixinə aid irsin yoxa çıxmasıdır” deyib. Soyğun zamanı Napolyona hədiyyə edilmiş iki tac da daxil olmaqla səkkiz parça götürülüb.

Oğurlanan əşyalar arasında III Napolyonun həyat yoldaşı İmperatoriçə Yevgeninin tacı, Napolyonun həyat yoldaşına hədiyyə etdiyi zümrüt və brilyantlı boyunbağı, Mari-Ameliyə məxsus sırğalar və müxtəlif digər zərgərlik nümunələri yer alır.

Təhlükəsizlik işləri zamanı Yevgeniyə aid zədələnmiş bir tac oğruların qaçış marşrutunda tapılıb. Muzey rəsmiləri bu parçanın oğruların tələsərkən saldıqları bir əşya ola biləcəyini bildiriblər.

Fransa Prezidenti Emanuel Makron hadisəni ölkə irsinə hücum adlandırıb. Ədliyyə Naziri Gerald Darmanin isə təhlükəsizlik protokollarının tamamilə uğursuz olduğunu vurğulayıb. İlkin hesabatda muzeyin otaqlarının üçdə birində təhlükəsizlik kameralarının olmadığı və ümumi siqnalizasiya sisteminin işə düşmədiyi göstərilib.

Mütəxəssislər oğruların peşəkar bir qrup olduğunu və hadisənin son dərəcə planlı şəkildə həyata keçirildiyini ehtimal edirlər. İncəsənət qaçaqmalçılığı üzrə mütəxəssislər belə hallarda zərgərliklərin bir neçə gün içində əridilərək hissələrə ayrıldığını və ölkə xaricinə çıxarıldıqdan sonra həqiqətən də öz dəyərindən xeyli aşağı satıldığını bildirirlər.

Prokuror Beku zərgərliklərin təxmin edilən dəyərini açıqlamağın oğruları caydıracağına ümid etdiyini bildirib.

Seçilən
19
afn.az

1Mənbələr