Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin digər dövlətlərə yerləşdirilməsi haqqında fərmanın təsdiq edilməsi haqqında” qanunu imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təşəbbüs ilk dəfə dövlət başçısı tərəfindən sentyabrın 22-də irəli sürülüb və oktyabrın 9-da Ukrayna parlamenti tərəfindən təsdiqlənib. Qanun Ukrayna Silahlı Qüvvələrinin müəyyən bölmələrinin mürəkkəb hərbi texnikanın mənimsənilməsi məqsədilə Türkiyə və Böyük Britaniyaya göndərilməsini nəzərdə tutur.
Sənədə əsasən, Türkiyədəki “Hetman İvan Mazepa” korvetində xidmət keçmək üçün 106 hərbçi, Böyük Britaniyada isə “Çerkassı”, “Çerniqov”, “Mariupol”, “Melitopol” və “Geniçesk” mina əleyhinə gəmilərinə xidmət və minalara qarşı mübarizə flotiliyasına rəhbərlik etmək üçün 214 hərbçi göndəriləcək.
 
                        