AZ

Siyasət Əsgərov: “Məqsəd seçmə mərhələyə tam hazır olmaqdır”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, Qazaxıstanda təşkil olunmuş təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib.

Baş məşqçi komandada ab-havanın yüksək olduğunu deyib:

“Belə toplanışlar bizim üçün çox önəmlidir. Beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsək, futbolçularımız bir-birilərini bir o qədər yaxşı anlayarlar. Sevindirici haldır ki, heyətə cəlb olunanlar öz klublarında müntəzəm oynayırlar. Milliyə Rusiya, Türkiyə, Qazaxıstan çempionatından gələnlər var. Onların klublarında daim oynamaları bizim üçün çox önəmlidir. Çünki belədə millinin düşərgəsinə tam hazır gəlirlər. Təəssüf ki, bəzi futbolçularımız zədə səbəbindən budəfəki toplanışda iştirak etmirlər. Ümid edirəm ki, onlar da tezliklə sağalacaq və qarşıdakı hazırlıqlara qoşulacaqlar”.

Siyasət Əsgərov Qazaxıstan yığmasına qarşı keçiriləcək yoxlama görüşlərində uğurlu nəticə qazanmağa çalışacaqlarını vurğulayıb:

“Komandamız toplanışın sonluğunun yaxşı bitməsi üçün əlindən gələni edəcək. Qazaxıstan yığması ilə iki yoxlama görüşü keçirəcəyik. Hər iki matçı yüksək səviyyədə keçirməyə çalışacağıq. Qarşıda bizi dünya çempionatının seçmə mərhələsi gözləyir. Məqsədimiz həmin oyunlara tam hazır olmaqdır”.

Xatırladaq ki, millimiz oktyabrın 24-də və 27-də Çimkənddə Qazaxıstan yığması ilə iki yoxlama matçında üz-üzə gələcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
63
arena.az

1Mənbələr