AZ

Merts Merkeli ad gününə dəvət etmədi

BAKI, 22 oktyabr. TELEQRAF

Almaniyanın keçmiş kansleri Angela Merkel xələfi Fridrix Mertsin ad günü tədbirinə dəvət almayıb.

Teleqraf xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Merts ad gününü noyabrın 11-də qeyd edir, onun 70 yaşı tamam olacaq. Bununla o, 1963-cü ildə 87 yaşında istefa vermiş Konrad Adenauerdən sonra Almaniyanın ən yaşlı kansleri olacaq. Xristian Demokrat - Xristian Sosial İttifaqının parlament fraksiyası Bundestaqda təntənəli ziyafət təşkil edəcək və parlament üzvləri və regional qubernatorlar da daxil olmaqla təxminən 300 qona qatılacaq. Merkelin sözçüsü agentliyə deyib ki, keçmiş kansler belə bir dəvət almayıb.

Agentlik yazıb ki, Merkel və Mertsin münasibətləri uzun müddətdir gərgindir. Konflikt Merkel kansler olarkən başlayıb. Merts partiya liderliyi yarışını Merkelə uduzmuşdu və bu, onun uzun illər passiv qalmasına səbəb olmuşdu.

Seçilən
70
teleqraf.com

1Mənbələr