AZ

Taleh Kazımov: Neft Fondu son 3 ayda büdcəyə transfertləri dollarda həyata keçirib

Son üç ayda Dövlət Neft Fondu büdcəyə transfertləri valyutada həyata keçirib.

APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, buna səbəb hərraclarda dollara tələbin aşağı olmasıdır.

O həmçinin əlavə edib ki, dollar satışına qoyulan tələb məhdudiyyət deyil, şərtdir: “Bu da çirkli pulların yuyulmasının, sui-istifadə hallarının qarşısını almaq üçündür. Valyuta satışında heç bir limit yoxdur. Bir milyon manatınız varsa, mənbəyini göstərməklə valyuta çevirə bilərsiniz”.

Seçilən
105
2
apa.az

3Mənbələr