AZ

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır" - Kobaxidze

"Azərbaycan və Ermənistan Gürcüstanın strateji tərəfdaşlarıdır və biz bu əlaqələri mümkün qədər gücləndirməyə çalışırıq".

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən V İpək Yolu Forumunda deyib. 

O, Gürcüstanın qonşuları üçün etibarlı tərəfdaş olduğunu və regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasəti fəal şəkildə təbliğ etdiyini vurğulayıb: "Sülh regionun iqtisadi inkişafı və tərəqqisi üçün əsas şərtdir. Gürcüstanın siyasəti regionumuzda sülhün bərqərar olmasına, əməkdaşlığın və tərəfdaşlığın inkişafına yönəlib.

Kobaxidze, həmçinin həyata keçirilən regional layihələrin əhəmiyyətini vurğulayaraq, “Orta Dəhliz” təşəbbüsünün bütün iştirakçı ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini, Qara dəniz sualtı elektrik kabeli layihəsinin Gürcüstanın tranzit rolunu gücləndirəcəyini qeyd edib.

Ağarza Elçinoğlu

Seçilən
62
unikal.az

1Mənbələr