Bakı. Trend:
Son 30 ildə dövlət büdcəsi təxminən 50 dəfə artıb.
Trend xəbərverir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindəkeçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlətsuverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik”mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini vurğulayıb ki, 2004–2024-cü illərdə ümumi daxiliməhsul 3.8 dəfə, qeyri-neft sektoru 3.7 dəfə artıb.
“2003-cü ildə yoxsulluq səviyyəsi 44.7 %, işsizlik isə 9.2 %olduğu halda, bu göstəricilər bu gün 5.3 %-ə düşüb. 20 il ərzindəölkə iqtisadiyyatına 344.4 milyard dollar sərmayə qoyulub, bunun213.2 milyard dolları qeyri-neft sektoruna yönəlib. Bu isə ölkədəkisabitliyin və investisiya mühitinin etibarlılığınıngöstəricisidir”, - deyə S.Ələkbərov əlavə edib.