AZ

Limada fövqəladə vəziyyətdir

Yazını böyüt
Yazını kiçilt

Perunun paytaxtı Limada və qonşu Kallao əyalətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Hafta.az xəbər verir ki, bunu Peru Prezidenti Xose Xeri elan edib. O bildirib ki, rejim oktyabrın 22-dən qüvvəyə minir və cinayətkarlığın artmasına qarşı mübarizə tədbiri kimi 30 gün davam edəcək. Fövqəladə vəziyyət rejimi Nazirlər Şurası tərəfindən təsdiq edilib. İctimai asayişin qorunmasına polislə yanaşı silahlı qüvvələr də cəlb edilib. Prezident bildirib ki, bu tədbir milyonlarla Peru vətəndaşı üçün sülhü, əmin-amanlığı, onların dövlətə etimadını bərpa etməyə imkan verəcək.

Xatırladaq ki, Peru hakimiyyəti fövqəladə vəziyyət tətbiq etmək niyyətini hələ oktyabrın 17-də açıqlamışdı. Bu, Konqres binası qarşısında baş vermiş kütləvi etirazlardan sonra baş vermişdi. Etirazlar zamanı nümayişçilərdən biri güllələnərək öldürülmüş, 34 sakin xəsarət almış, həmçinin 80 polis əməkdaşı yaralanmışdı.

Seçilən
108
hafta.az

1Mənbələr