AZ

Rusiya ABŞ-a nota göndərib: Ukrayna üzrə tələblərinə görə

Rusiya ABŞ-a Ukrayna ilə bağlı sülh sazişinin şərtlərini əks etdirən qapalı diplomatik nota (“qeyri-kağız”) göndərib.

Herbiand.az bildirir ki, bu barədə Reuters agentliyi iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Sənəddə Moskvanın Donetsk və Luqansk Xalq Respublikaları (Ukraynanın vilayətləri - red.) üzərində nəzarətinin bütünlüklə olması tələbi təkrarlanıb.

Agentliyin mənbələrindən birinin sözlərinə görə, Rusiyanın bu mövqeyi faktiki olaraq ABŞ prezidenti Donald Trampın hazırkı siyasəti ilə ziddiyyət təşkil edir. Çünki Tramp öz növbəsində, cəbhə xəttinin mövcud mövqelərdə dondurulmasının tərəfdarıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
89
herbiand.az

1Mənbələr