AZ

Mərkəzi Bank yaxın zamanda faizlərini artıra bilər? - TALEH KAZIMOVDAN AÇIQLAMA

"Hazırda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin uçot dərəcəsinin sərtləşdirilməsi istiqamətində baxışı yoxdur".

Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirirb.

"Hazırda mövqeyimiz bundan ibarətdir ki, neftin qiyməti, cari əməliyyatlar balansının profisiti, inflyasiya və ona təsir edən amillər proqnopzlarımıza uyğun olduğu şəraitdə bizim pul siyasətimizi sərtləşdirmək istiqamətində planlarımız yoxdur. Yəni, cari əməliyyat balansının profisitli və valyuta bazarında sabitlik olduğu şəraitdə, inflyasiya 5,7-6% civarında olduğu şəraitdə və əsasən də idxal və xərc amillərinin nəticəsi olaraq bu səviyyələrdə qalacağı şəraitdə uçot dərəcəsinin sərtləşdirilməsi istiqamətində baxışımız yoxdur", - Taleh Kazımov deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.

uçot dərəcəsi
Seçilən
50
44
marja.az

10Mənbələr