AZ

Çin Almaniyanın ən böyük ticarət tərəfdaşına çevrilib

Çin ABŞ-ı geridə qoyaraq Almaniyanın bir nömrəli ticarət tərəfdaşı olub.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu Almaniyanın statistika komitəsinin məlumatlarına göstərilib.

Belə ki, bu ilin yanvar-avqust aylarında Almaniyanın Çinlə ixracat və idxalatının ümumi həcmi 163.4 milyard avro təşkil edib.

Həmin dövrdə Almaniyanın ABŞ-la idxalat və ixracat həcmi isə 162.8 milyard avro təşkil edib.

Qeyd edək ki, ötən ilə qədər 8 il ərzində Çin Almaniyanın ən böyük ticarət tərəfdaşı idi.

Ötən il ABŞ Çinin 8 illik ənənəsini pozaraq Almaniyanın ən mühüm ticarət partnyoruna çevrildi.

İndi isə birincilik yenidən Çinə ötürülüb.

Seçilən
93
2
apa.az

3Mənbələr