AZ

İnanın mənə: növbəti müharibə gəlir, döyüşə hazırlaşırıq General

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Dəniz Piyadaları Korpusunun komandanı, general Erik Smit münaqişələrin yaxınlaşdığına işarə edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, Dəniz Piyadaları Korpusunun yaradılmasının 250-ci ildönümündə çıxışı zamanı deyib.

“İnanın mənə… Növbəti müharibə gəlir. Dəniz Piyadaları buna hazır olacaq. Döyüşməyə hazırdır. Qələbəyə hazırdır”.

Bu bəyanat regionda və beynəlxalq mətbuatda ciddi rezonans doğurub.

Yunan mediası generalın bu bəyanatını ABŞ–Yunanıstan–Türkiyə üçbucağı kontekstində şərh edib. Xüsusilə Yunanıstan mətbuatında yayımlanan analizlərdə bu çıxışın Türkiyəyə dolayı mesaj olduğu vurğulanır.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
2
globalinfo.az

3Mənbələr