AZ

Paşinyan İlham Əliyevin addımını alqışlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə bəyanatını alqışılayıb.Missiya.Az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, o, bu barədə Tbilisidə keçirilən İpək Yolu Forumunun açılışında danışıb."Bu, son dərəcə vacib bəyanatdır və mən prezident Əliyevin bu addımını yüksək qiymətləndirirəm və bu bəyanatı alqışlayıram", - Paşinyan qeyd edib.Ermənistan tərəfi bildirib ki,  bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə siyasi və texniki cəhətdən hazırdır.İlahə Qənbərli

Missiya.Az

Seçilən
0
1
missiya.az

2Mənbələr