AZ

Ziyad Səmədzadə: Azərbaycanda neft sektorunun özəlləşdirilməsinə imkan vermək olmaz

BAKI, 22 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsindədir. Ona görə də biz çıxışlarımızda bu amillərə bir qədər diqqət etməliyik.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusuna həsr edilən konfransında deputat Ziyad Səmədzadə deyib.

Deputat bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasa idi bu gün iqtisadi mütəqillikdən, inkişafdan və torpaqlarımızın azadlığından danışa bilməzdik: “1995-1996-cı ildə ölkəmizdə özəlləşmə siyasəti həyata keçiriləndə bəziləri deyirdi ki, gəlin hər şeyi özəlləşdirək, dağıdaq. Amma o vaxt bunun qarşısını ala bildik. Çünki elə sahələr var ki, onun özəlləşdirilməsinə yol vermək olmaz”.

Ziyad Səmədzadə hesab edir ki, Azərbaycanda neft sənayesinin özəlləşdirilməsinə heç vaxt imkan verilə bilməz: “Bəzən iqtisadiyyatda liberallaşmadan danışlır. Amma liberallaşma dövlətin iqtisadi müstəqilliyinə ziyan vurur. Çünki liberallaşma layqeydlikdir. Biz isə idxalı və daxili bazarı qorumalıyıq”.

Seçilən
59
teleqraf.com

1Mənbələr