Mərkəzi Bankın və Dövlət Neft Fondubnun valyuta ehtiyatlarının artımı göstərir ki, valyuta bazarında təklif tələbi üstələyir.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, valyuta hərraclarında ortahərrac rəqəmi 40-50 milyon manatdır. Nağd pul bazarını da izləyirik. 9 ayın nəticlərinə əsasən nağd pul bazarında təklif tələbi 230 milyon üstələyib. Yəni əhali daha çox satıb nəinki alıb.