AZ

Gürcüstanın Baş naziri: Tarixi İpək yolu qitələr arasında ticarət və mədəni əlaqələrin formalaşmasında böyük rol oynayıb

ain.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 22 oktyabr, AZƏRTAC

Azərbaycan və Ermənistandan olan həmkarlarım Əli Əsədovla Nikol Paşinyanın V Tbilisi İpək Yolu Forumunda iştiraklarına görə çox şadam və onlara minnətdarlığımı bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze V İpək Yolu Beynəlxalq Forumundakı çıxışı zamanı söyləyib.

İ.Kobaxidze qeyd edib ki, Forum iqtisadi əməkdaşlığın və qlobal əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm dövrdə keçirilir. “Tarixi İpək yolu qitələr arasında ticarət və mədəni əlaqələrin formalaşmasında böyük rol oynayıb. Bu gün Orta Dəhliz həmin marşrutun müasir davamı olaraq Avropa ilə Asiyanı etibarlı və səmərəli şəkildə birləşdirir”, - deyə Kobaxidze vurğulayıb.

Baş nazir əlavə edib ki, Gürcüstanın coğrafi mövqeyi ölkəni Şərqlə Qərb arasında vacib tranzit qovşağına çevirib və bu, regional əməkdaşlığın, iqtisadi dayanıqlılığın möhkəmlənməsində mühüm amildir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
2
azertag.az

3Mənbələr