AZ

Bərdə və Tərtərdəkarxanaların fəaliyyəti dayandırılıb: Qum bahalaşdı, işçilər işsiz qaldı- FOTO Bərdə və Tərtər rayonlarında fəaliyyət göstərən bir neçə qum karxanasının fəaliyyəti dayandırılıb.

Ajans.az xəbər verir ki, bu səbəbdən Bərdə və Tərtər eləcə də qonşu rayonlarda qum çatışmazlığı yaranıb və qiymətlərdə kəskin artım müşahidə olunur. Məlumata görə, karxanaların bağlanması nəticəsində onlarla işçi işsiz qalıb. Sakinlər bildiriblər ki, uzun illər həmin karxanalarda çalışıblar və indi ailələrinin dolanışığı çətinləşib. Yaranmış vəziyyət hər iki rayonda "Kamaz" markalı yük avtomobili sürən sürücülər üçündə çətinlik yaradıb. “Bizim dolanışığımız bu işdən idi. Karxanalar bağlanandan sonra nə qazanc qaldı, nə də iş. Ailəmizi necə dolandıraq, bilmirik”, – deyə sürücülərdən biri bildirib. Hazırda bölgədə tikinti materiallarının, xüsusilə də qumun qiymətində ciddi artım qeydə alınıb. Bu isə həm tikinti sektorunda çalışan sahibkarları, həm də yerli əhalini narahat edir. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  mövqeyini öyrənməyə çalışırıq.

Seçilən
102
1
Ajans.az

2Mənbələr